Afrikanın Botsvana Respublikasında 1305 karat ağırlığında almaz aşkarlanıb.
Medianews.az xəbər verir ki, bu almaz Karove (Karowe) mədənində indiyədək çıxarılan 1000 karatdan böyük 10-cu almaz kimi tarixə düşüb.
Mədəni istismar edən şirkətin açıqlamasına görə, yeni tapıntı Karove yatağının iri və yüksək keyfiyyətli almaz ehtiyatlarına malik olduğunu bir daha təsdiqləyib.
Bildirilib ki, almaz əvvəllər çıxarılmış filizin emalı zamanı aşkarlanıb. Buna görə də onun hansı yataq qatından əldə edildiyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, Karove mədənində bundan əvvəl 1109 karatlıq "Lesedi La Rona" və son yüz ildən artıq dövrdə aşkar edilən ən böyük almazlardan sayılan 2488 karatlıq "Motswedi" də tapılıb.