Medianews.az
Türkiyə parlamentində yenilənmiş qüvvələr nisbəti
101 baxış

Türkiyə parlamentində yenilənmiş qüvvələr nisbəti

Medianews.az Türkiyə Böyük Millət Məclisində yenilənmiş qüvvələr nisbətinə nəzər salıb.

600 nəfərlik parlamentin hazırda 592 üzvü var.

Hakim Ədalət və İnkişaf Partiyası qanunverici 275, onun əsas müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 47 mandatla təmsil olunur.

Ana müxalifət qurumu olan Cümhuriyyət Xalq Partiyası 138 mandatla göstərilir.

Xalqların Bərabərlik və Demokratiya Partiyası 56, Yaxşı Partiya 30, Demokratiya və Sıçrayış, Gələcək və Səadət partiyalarının fraksiya kimi qurduğu Yeni Yol Partiyası ümumilikdə 21, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1 mandata sahibdir.

Məclisin 8 üzvü partiyasızdır.

Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014, 2018 və 2023-cü illərdə prezident seçilib.

Medianews.az

Bizə qoşulun