Medianews.az
Türkiyə millisindən gedir? -
220 baxış

Türkiyə millisindən gedir? - Montella ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə Futbol Federasiyası Dünya Çempionatı 2026-dakı uğursuz çıxışdan sonra baş məşqçi Vinçenzo Montella ilə yolları ayırmamaq qərarına gəlib.

Medianews.az xəbər verir ki, federasiya rəhbərliyi italiyalı mütəxəssislə sentyabrda başlayacaq Millətlər Liqasına hazırlıq planını müzakirə edib.

Tərəflər məşqçilər korpusunda yenilənmənin zəruri olduğu qənaətinə gəliblər. Dəyişikliklər çərçivəsində komandaya yeni mentorun cəlb edilməsi və fiziki hazırlıq üzrə mütəxəssislərin dəyişdirilməsi gündəmdədir.

Bundan başqa, Montella oyun modelində də düzəlişlər etməyi planlaşdırır. Yeni strategiyaya əsasən, taktiki sxemlər nəzərdən keçiriləcək və komandanın "saxta doqquzluq" (nominal hücumçusuz oyun) sistemindən imtina edərək, klassik mərkəz hücumçusu ilə oynaması ehtimalı yüksəkdir.

Xatırladaq ki, Türkiyə millisi 2026-cı il Dünya Çempionatında qrup mərhələsini sonuncu pillədə başa vuraraq turnirlə erkən vidalaşıb.

Medianews.az

Bizə qoşulun