Medianews.az
Türkan Şoray məşhur aktrisanın dəfn mərasimində ağladı -
94 baxış

Türkan Şoray məşhur aktrisanın dəfn mərasimində ağladı - VİDEO

Yeşilçamın tanınmış simalarından, "Panter Emel" ləqəbi ilə məşhurlaşan aktrisa Emel Yıldız son mənzilə yola salınıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 85 yaşında vəfat edən Emel Yıldız üçün İstanbulun Fatih məscidində vida mərasimi təşkil olunub.

Daha sonra mərhum Sarıyerdəki Kilyos qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə iştirak edən məşhur aktrisa Türkan Şoray yaxın dostunun ölümü ilə bağlı duyğulu fikirlər səsləndirib. O bildirib ki, Emel Yıldız onun kino dünyasına ilk addım atmasında mühüm rol oynayıb.

"Bu ölüm məni çox sarsıtdı. Məni kino ilə ilk tanış edən insan məhz o idi. Məni film çəkilişlərinə aparmışdı və kino karyerama başlamamda böyük pay sahibi olmuşdu", – deyə Türkan Şoray qeyd edib.

Məlumata görə, Emel Yıldız uzun illər heyvan hüquqlarının müdafiəsi ilə məşğul olub və bu fəaliyyətinə görə Türkiyədə geniş rəğbət qazanıb. Yaxınları onun xüsusilə son illərdə qızının itkisini ağır keçirdiyini bildiriblər.

Qeyd edək ki, Bolqarıstanda anadan olan Emel Yıldız 1959-cu ildə çəkilən "Feryat" filmi ilə kino karyerasına başlayıb. O, "Cilalı İbo", "Perili Köşk", "Dişi Kurt" və digər məşhur filmlərdə rol alıb.

Medianews.az

Bizə qoşulun