Rəsmi hesabata görə, yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz az əcnəbi gəlib.
Medianews.az Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, gələnlərin 26,7 faizi Rusiya, 22,4 faizi Türkiyə, 8,7 faizi İran, 5,3 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 3 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,2 faizi Çin, 2,1 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,4 faizi İsrail, qalanları başqa ölkələrin vətəndaşlarıdır.
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayının 4,8 faiz azalaraq 602,4 min nəfər olduğu xəbər verilir. Statistikaya əsasən, onların 40,8 faizi Türkiyəyə, 16,8 faizi Rusiyaya, 10,8 faizi Gürcüstana, 7,9 faizi İrana, 23,7 faizi başqa ölkələrə yollanıb.