Avropada rahat yuxu üçün ən əlverişsiz şəhərlərin adları açıqlanıb.
Medianews.az xəbər verir ki, “European Sleep Index 2026” (Avropa Yuxu İndeksi 2026) 2026 çərçivəsində 25 şəhərdə yuxu şəraitin araşdırılıb.
Reytinqə əsasən, ən pis nəticəni Praqa göstərib. Ondan sonrakı yerləri Varşava və Barselona tutur. Mənfi amillər kimi, şəhərlərdə gecə səs-küyünün çox olması, gec saatlara qədər açıq qalan obyektlərin çoxluğu və nəqliyyat sıxlığı göstərilir.
Araşdırma zamanı səs-küy və işığın çirkliliyi, hava keyfiyyəti, siqaret və spirtli içki qəbulunun səviyyəsi, şəhər sakinlərinin orta yuxu müddəti nəzərə alınıb. Praqa ən aşağı qiymət alıb.
Barselona 25 şəhər arasında ən yüksək səs-küy səviyyəsi ilə seçilib. Bu vəziyyət şəhərdə güclü turist axının olması, aktiv gecə həyatı və sıx yaşayışla əlaqələndirilir.
Medianews.az