Medianews.az
Tülkülər niyə çəkələkləri
75 baxış

Tülkülər niyə çəkələkləri oğurlayır?

Tülkülərin insanların çəkələk və ayaqqabılarını oğurlaması onların qida axtarışı deyil, əyləncə məqsədilə etdiyi davranış ola bilər.

Medianews.az xəbər verir ki, bu barədə zooloq İqor Dikiy məlumat verib.

Mütəxəssisin sözlərinə görə, insan məskənlərinə yaxınlaşan tülkülər bəzən rezin çəkələk  və ayaqqabıları götürərək onlarla oynayır, daha sonra isə uzaq ərazilərə atırlar. Bu davranış xüsusilə gənc tülkülər arasında müşahidə olunur.

Zooloq qeyd edib ki, oxşar vərdişlər bəzi digər vəhşi heyvanlarda, o cümlədən porsuqlarda da rast gəlinir. Bunun əsas səbəblərindən biri vəhşi heyvanların şəhər və kənd mühitinə getdikcə daha çox uyğunlaşmasıdır.

Ekspertlər eyni zamanda xəbərdarlıq edirlər ki, tülkülər quduzluq virusunun daşıyıcısı ola bilər. İnsanlardan qorxmayan və qeyri-adi davranış nümayiş etdirən vəhşi heyvanlarla təmasdan çəkinmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun