Medianews.az
Trampın qatıldığı tədbirdə atəş açanın
62 baxış

Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub

Ağ ev Müxbirləri Assosiasiyasının tədbirində baş verən atışmadan sonra saxlanılan 31 yaşlı Kol Tomas Allen ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı vəzifəli şəxslərə hücum etməyi planlaşdırdığını etiraf edib.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, ixtisasca müəllim olan Koul Allen müstəntiqlərə bildirib ki, hədəfi prezident administrasiyasında çalışan məmurlar olub.

Xatırladaq ki, bu gün Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verib.

Atışmanı təşkil etməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb və prezident, digər rəsmi şəxslər xəsarət almayıblar. İnsidentdən bir saat sonra Tramp özü mətbuat konfransında hadisə barədə danışıb.
Qeyd edək ki, 1981-ci ildə eyni məkanda- Vaşinqton Hilton otelində keçmiş prezident Ronald Reyqana da qarşı sui-qəsd cəhdi edilmişdi.

Bizə qoşulun