ABŞ prezidenti Donald Trampın hökumətində iki vakant vəzifə var.
Medianews.az bildirir ki, ədliyyə naziri (baş prokuror) səlahiyyətlərinin icrası Tod Blanşa həvalə olunub, Keyt Sonderlinq isə əmək nazirini əvəz edir.
Kabinet üzvləri Konqresin yuxarı palatasının – Senatın razılığı ilə təyinat alır.
Komandada seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur.
Qalan vəzifələrdə bu şəxslər çalışır:
dövlət katibi – Marko Rubio
müdafiə naziri – Piter Heqset
daxili işlər naziri – Duqlas Burqum
daxili təhlükəsizlik naziri – Markueyn Mallin
maliyyə naziri – Skott Bessent
nəqliyyat naziri – Şon Daffi
energetika naziri – Kristofer Rayt
kənd təsərrüfatı naziri – Bruk Rollins
ticarət naziri – Hovard Lütnik
tikinti və şəhər inkişafı naziri – Skott Turner
təhsil naziri – Linda Makmen
səhiyyə və sosial xidmətlər naziri – Robert Kennedi
veteranlarla iş naziri – Duqlas Kollins
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff
Milli Kəşfiyyatın direktoru – Tulsi Qabbard
İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout
Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler
ticarət nümayəndəsi – Ceymison Qrir
Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi – Maykl Uolts.
Ağ ev aparatına Syuzan Uayls başçılıq edir.
Donald Tramp 1946-cı il iyunun 14-də doğulub. Nyu-York Hərbi Akademiyasının internat məktəbində orta, Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində ali təhsil alıb, tikinti maqnatı kimi tanınıb. 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür.
2016-cı ilin prezident seçkisində Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb.
Donald Tramp 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə yenilərək 2021-ci il yanvarın 20-də postunu tərk edib.
2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.