ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı göydə uçan quşu dron hesab edərək qısa müddətlik təşviş yaşayıb.
Medianews.az xəbər verir ki, hadisə anı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Görüntülərdə Trampın nitqini yarımçıq saxlayaraq havaya baxdığı görünür. O, daha sonra açıqlamasında “Onu dron sandım. İndi onları hər ölçüdə hazırlayırlar və təhlükəli ola bilərlər” deyib.
Hadisə Trampın son dövrlər tez-tez gündəmə gətirdiyi “sirli dronlar” mövzusunu yenidən aktuallaşdırıb. O, əvvəllər də ABŞ-də müşahidə edilən naməlum uçuş aparatlarının milli təhlükəsizlik üçün risk yarada biləcəyini bildirmişdi.
Sosial şəbəkə istifadəçiləri isə hadisəni zarafat mövzusuna çevirərək Trampın quşu dronla səhv salması barədə çoxsaylı paylaşımlar ediblər.
Medianews.az