Medianews.az
Trampın boynundakı qızartı müzakirə yaratdı –
205 baxış

Trampın boynundakı qızartı müzakirə yaratdı – Həkimdən açıqlama

ABŞ Prezidenti Donald Trumpın Ağ evdə keçirilən mərasim zamanı boynunda görünən qızartı ictimaiyyətdə onun səhhəti ilə bağlı müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, bununla bağlı prezidentin həkimi Şon Barbabella açıqlama verib.

 O bildirib ki, qızartı Trampın profilaktik dəri baxımı məqsədilə istifadə etdiyi kremdən qaynaqlanır. Onun sözlərinə görə, prezident boynunun sağ tərəfində müntəzəm olaraq həmin kremdən istifadə edir və müalicə bir həftə davam edəcək. Qızartının isə bir neçə həftə qalacağı gözlənilir. Krem və müalicənin səbəbi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl Trampın əlində görünən göyərmələr də sağlamlığı ilə bağlı suallar doğurmuşdu. Ağ evin mətbuat katibi Karolin Levitt göyərmələrin intensiv iş qrafiki və tez-tez əl sıxması ilə bağlı olduğunu bildirmişdi.

Tramp isə açıqlamasında aspirin qəbul etdiyi üçün belə göyərmələrin yarandığını, bunun dərmanın yan təsirlərindən biri olduğunu demişdi.

Medianews.az

Bizə qoşulun