Medianews.az
Trampdan sərt reaksiya –
98 baxış

Trampdan sərt reaksiya – Bu sualdan narahat oldu

ABŞ prezidenti Donald Tramp jurnalistin Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən silahlı insidentlə bağlı sualına sərt reaksiya verib.

Medianews.az xəbər verir ki, jurnalist hücumda şübhəli bilinən şəxsin yazdığı məktub barədə soruşub. Tramp isə belə materialların mediada ictimai şəkildə müzakirəsini yolverilməz adlandırıb və məktubdakı iddialarla əlaqəsinin olmadığını bildirib.

Hadisə ilə bağlı məlumata görə, atəşi Kaliforniya sakini, 31 yaşlı Koul Tomas Allen açıb. O, saxlanılıb, prezident və administrasiya üzvləri xəsarət almayıb.

Fakt üzrə araşdırma davam edir, hüquq-mühafizə orqanları hadisənin motivlərini və mümkün əlaqələri araşdırır.

Medianews.az

Bizə qoşulun