Medianews.az
Trampdan NATO Zirvəsi öncəsi Corca Meloniyə növbəti atmaca -
167 baxış

Trampdan NATO Zirvəsi öncəsi Corca Meloniyə növbəti atmaca - FOTO

ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında söz savaşı səngimək bilmir.

Medianews.az xəbər verir ki, Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində Donald Tramp sosial şəbəkə hesabında Ciorcia Meloni ilə əl sıxdığı fotonu paylaşaraq, "Uzaqlaşdırma qərarı lazımdır" sözlərini yazıb.

Bu paylaşım son həftələr iki lider arasında davam edən qarşılıqlı ittihamların növbəti mərhələsi kimi qiymətləndirilir.

Qalmaqal iyunun 19-da Trampın İtaliyanın La7 televiziya kanalına verdiyi müsahibədən sonra başlayıb. ABŞ prezidenti Fransada keçirilən Böyük Yeddilik (G7) Zirvəsinə toxunaraq, Ciorcia Meloninin onunla şəkil çəkdirmək üçün israr etdiyini iddia edib.

"Mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Əslində razılaşmayacaqdım, sadəcə ona yazığım gəldi", – deyə Tramp bildirib.

Ciorcia Meloni isə həmin gün sosial şəbəkə hesabında bu sözlərə cavab verərək, "Bir məsələ unudulmamalıdır: nə mən, nə də İtaliya heç vaxt kiməsə yalvarmır", – deyə vurğulayıb.

 Medianews.az

Bizə qoşulun