Medianews.az
Oslo atəşfəşanlığında
85 baxış

Oslo atəşfəşanlığında yaralılar var

Norveçdə 2026-cı il FIFA Dünya Kubokunun 1/8 final mərhələsindəki qələbəsini qeyd etmək üçün keçirilən atəşfəşanlıq nəticəsində təxminən 30 nəfər xəsarət alıb.

Medianews.az xəbər verir ki, Norveç 1/8 final mərhələsində beşqat dünya çempionu Braziliyanı 2-1 hesabı ilə məğlub edərək ilk dəfə Dünya Kubokunun 1/4 finalına yüksəlib.

 Qələbəni qeyd etmək və atəşfəşanlığı izləmək üçün təxminən 100 000 insan Oslonun əsas meydanını doldurub. 

Lakin atəşfəşanlıq zamanı baş verən hadisə nəticəsində 30 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaralı 30 nəfər şəhərin təcili yardım şöbələrinə aparılıb. Oslo polisi bütün xəsarətlərin yüngül olduğunu bildirib./Bakıvaxtı.az

Bizə qoşulun