Şri-Lankanın qərbindəki Neqombo şəhərindəki həbsxanada baş verən toqquşmalarda ən azı 25 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Medianews.az xəbər verir ki, ölənlər arasında 5 həbsxana işçisi və 20 məhbus olub.
Qarşıdurma iyulun 6-sı səhər saatlarında başlayıb.
Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra qarşıdurmaları dayandırmaq mümkün olub.//Bakıvaxtı.az