Braziliya millisinin sabiq yarımmüdafiəçisi Felipe Melo yerli azarkeşlərin komandanın ulduz hücumçusu Neymara qarşı mənfi münasibətini sərt şəkildə tənqid edib.
Medianews.az xəbər verir ki, Melo, braziliyalıların öz ulduzlarına layiq olduğu dəyəri vermədiyini bildirib: "Heç şübhə etmirəm ki, Neymar başqa bir ölkənin təmsilçisi olsaydı, Braziliyada ona qat-qat daha çox dəyər verərdilər. Təəssüf ki, öz ölkəmizdə onun uğursuzluğunu istəyən və ona həsəd aparan çox sayda insan var."
Bu açıqlamalar, Braziliya millisinin DÇ-2026-nın 1/8 finalında Norveçə gözlənilməz məğlubiyyətindən (1:2) və turnirlə vidalaşmasından sonraya təsadüf edib.
Medianews.az