Medianews.az
Bellingem Maradonanın etdiyini
96 baxış

Bellingem Maradonanın etdiyini təkrarladı

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın 1/8 finalında Meksikaya qarşı keçirilən oyunda dubl edərək əfsanəvi argentinalı Dieqo Maradonanın tarixi nailiyyətini təkrarlayıb.

Medianews.az xəbər verir ki, Bellingem Meksika ilə qarşılaşmada cəmi 97 saniyə ərzində (36 və 38-ci dəqiqələrdə) iki qol vurub.

Meksikanın əfsanəvi "Azteka" stadionunda sonuncu dəfə analoji uğura 1986-cı ildə Belçika ilə yarımfinal oyununda (2:0) dubl edən Dieqo Maradona imza atmışdı.

Meksika üzərində qazanılan qələbənin (3:2) ən yaxşı oyunçusu seçilən Bellingem, cari dünya çempionatında artıq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Medianews.az

Bizə qoşulun