Medianews.az
Norveçli ulduzdan iddialı sözlər:
113 baxış

Norveçli ulduzdan iddialı sözlər: "Rəqiblərdən qoxmuruq"

Norveç millisinin yarımmüdafiəçisi Patrik Berq DÇ-2026-nın 1/8 finalında Braziliya üzərində qazanılan qələbədən (2:1) sonra komandasının iddialı olduğunu bəyan edib.

Medianews.az xəbər verir ki, Berq, bu tarixi qələbənin komandaya böyük özünəinam qazandırdığını bildirib:

"Biz öz gücümüzə inanırıq. Çox sıx və yumruq kimi birləşmiş bir komandamız var. Braziliya üzərində qazanılan bu qələbədən sonra artıq heç bir rəqibdən qorxumuz qalmadı. Braziliyanın nə qədər möhtəşəm bir komanda olduğunu bilirdik, amma biz onları məğlub etməyi bacardıq."

Medianews.az

Bizə qoşulun