Medianews.az
Trampdan İrana SON ŞANS:
80 baxış

Trampdan İrana SON ŞANS: Atəşkəs yenə uzadılır?

ABŞ Prezidenti Donald Tramp İrana öz təkliflərini hazırlaması üçün əlavə bir neçə gün vaxt verməyə razıdır. Əgər bu baş verməsə, elan olunan atəşkəs başa çatacaq.

Bu barədə "Axios" nəşri Ağ evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp İrana mövqeyini dəqiqləşdirməsi üçün atəşkəsi daha 3-5 gün uzatmaq istəyir. Amma bu müddət daha sonra uzadılmayacaq.

Həmçinin qeyd olunur ki, Ağ Ev müharibəni bitirmək üçün İranla razılaşmanın hələ də mümkün olduğunu düşünür. Lakin Tramp Administrasiyası İranda fikir ayrılıqlarının mövcudluğundan və yekun qərar verəcək konkret şəxsin olmamasından narahatdır./oxu.az

Bizə qoşulun