Tramp administrasiyası Vaşinqtonun məcburi əməkdən istifadə etməklə istehsal olunan malların ticarətini məhdudlaşdırmamaqda ittiham etdiyi 60 ölkədən idxal edilən məhsullara 10 və ya 12,5 faiz əlavə tarif tətbiq etməyi nəzərdən keçirir.
Medianews.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Qeyd olunur ki, 10 faizlik tariflər Kanada, Ekvador, Avropa Birliyi, İndoneziya, Meksika, Pakistan, Argentina, Banqladeş, Kamboca, El Salvador, Qvatemala, İndoneziya, Malayziya, Tayvan və Birləşmiş Krallığa təsir edəcək.
Bundan əlavə, 12,5 faizlik əlavə rüsumlar ABŞ hakimiyyətinin müvafiq araşdırma apardığı daha 45 ölkəyə təsir edəcək.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin bildirib ki, ABŞ-nin ən vacib ticarət tərəfdaşlarının məcburi əməkdən istifadə etməklə istehsal olunan malların idxalı məsələsini həll etməməsi qəbuledilməzdir. Bu, amerikalı işçilərin qlobal bazarda qeyri-bərabər oyun meydançasında rəqabət aparmaq məcburiyyətində qaldığı bir vəziyyət yaradır.