Medianews.az
Tramp Vaşinqtonda atışmada şübhəli bilinən şəxsin
168 baxış

Tramp Vaşinqtonda atışmada şübhəli bilinən şəxsin foto və videolarını paylaşıb

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını "Washington Hilton" hotelindəki qəbulu zamanı atışmada şübhəli bilinən şəxsin fotolarını və videolarını "Truth Social" sosial media platformasında paylaşıb.

Medianews.az "Report"a istinadən xəbər verir ki, paylaşılmış görüntülərdə əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür.

Prezident həmçinin hadisə anını əks etdirən müşahidə kamerasının videosunu da paylaşıb. Görüntülərdə silahlı kişinin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, daha sonra təhlükəsizlik işçilərinin ona atəş açdığı görünür.

Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Bizə qoşulun