ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen Ağ Evdə tikilən yeni bal zalının altında altımərtəbəli yeraltı bunker yaradıldığını bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Çox güman ki, o, nüvə silahının təsirindən qorunacaq”, – deyə istefada olan hərbçi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evin gələcək bal zalının altında altımərtəbəli məxfi bunker tikildiyini açıqlayıb. O bildirib ki, bunkerin artıq üç mərtəbəsi hazırdır. Kompleksdə hərbi hospital, xüsusi otaqlar və müşavirə zalları yerləşəcək. ABŞ lideri tikinti işlərinin sədaları altında jurnalistlərə layihəni nümayiş etdirib.//Axar.az