Medianews.az
Tramp İranda öldürülən gəncin qohumuna başsağlığı məktubu göndərib -
97 baxış

Tramp İranda öldürülən gəncin qohumuna başsağlığı məktubu göndərib - FOTO

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində yaşayan İran əsilli amerikalı Məcid Moqadasi 17 yaşlı qohumu Ərfan Fərəcinin öldürülməsi ilə bağlı ABŞ rəhbəri Donald Trampdan şəxsi başsağlığı məktubu alıb.

Bu barədə "New York Post" nəşri məlumat yayıb. Moqadasinin sözlərinə görə, Ərfan yanvar ayının 8-də İranda baş tutan anti-hökumət nümayişləri zamanı qətlə yetirilib.

"Prezident Trampın məktubunu alanda çox təsirləndim. Hiss etdim ki, qohumumun səsi nəhayət ki, eşidildi", - deyə o bildirib.

Tramp məktubunda bəyan edib ki, onun administrasiyası ayətullahın və onun rejiminin məhkəmə qarşısına çıxarılması üçün bütün səyləri göstərir. O, həmçinin İran xalqının azadlıq və demokratiya uğrunda mübarizəsini dəstəkləyəcəyinə söz verib.

Qeyd edək ki, Moqadasi faciədən iki gün sonra Ağ Evə müraciət edib və artıq yanvarın 13-də ona rəsmi cavab göndərilib./oxu.az

Tramp İranda öldürülən gəncin qohumuna başsağlığı məktubu göndərib - FOTO

Bizə qoşulun