Medianews.az
Tramp İran millisinin dünya çempionatında
55 baxış

Tramp İran millisinin dünya çempionatında iştirakını alqışladı

ABŞ prezidenti Donald Tramp İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını alqışlayıb.

Medianews.az xəbər verir ki, bu barədə FİFA prezidenti Gianni İnfantino sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, ABŞ prezidenti ilə görüş zamanı qarşıdan gələn FIFA 2026-cı il dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub. Görüşdə həmçinin İran millisinin seçmə mərhələdəki çıxışı və ölkədəki mövcud vəziyyət də danışılıb.

İnfantino bildirib ki, söhbət zamanı Tramp İran komandasının dünya çempionatında iştirakına müsbət münasibətini ifadə edib.

FİFA prezidenti vurğulayıb ki, dünya çempionatı hazırkı dövrdə daha da böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, turnir futbol vasitəsilə insanları və ölkələri bir araya gətirmək gücünə malikdir.

FİFA rəhbəri əlavə edib ki, Dünya Kuboku qlobal birlik və həmrəyliyin simvollarından biri olaraq qalır.

Medianews.az

Bizə qoşulun