ABŞ prezidenti Donald Tramp bir daha Latın Amerikasında narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlandığını elan edib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, Tramp narkotacirlərin qonşu Meksikanı faktiki olaraq nəzarətdə saxladığını iddia edib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ su yolu ilə gələn 97 narkotik qaçaqmalçılığı yolunu bağlayıb.
Tramp “Fox News”dan Şon Hannitiyə verdiyi müsahibədə bildirib: "İndi qurudakı kartellərə zərbə endirməyə başlayacağıq. Meksikada narkotik kartelləri fəaliyyət göstərir. Bu ölkənin başına nə gəldiyini görmək çox kədərlidir".
Eyni zamanda, Tramp bu cür hücumların başlaması üçün müəyyən bir müddət göstərməyib. Yeri gəlmişkən, Tramp əvvəllər narkotik kartellərinə qarşı quru hücumları barədə danışmış və əməliyyatın yalnız Venesuela ilə məhdudlaşmayacağını vurğulamışdı.