Medianews.az
Tramp Avropanı hədələri: "Qorxaqlar, biz bunu yaddan çıxarmayacağıq!”
78 baxış

Tramp Avropanı hədələri: "Qorxaqlar, biz bunu yaddan çıxarmayacağıq!”

“ABŞ olmadan NATO “kağızdan düzəldilmiş pələng” kimidir. Onlar İranın qarşısını almaq üçün mübarizəyə qoşulmaq istəmədilər”.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

“İndi isə bu mübarizə hərbi baxımdan qazanılıb və onlar üçün demək olar ki, heç bir təhlükə qalmadığı halda, ödəməli olduqları yüksək neft qiymətlərindən şikayət edirlər. Lakin Hörmüz boğazını açmaq üçün kömək etmək istəmirlər. Halbuki bu, neft qiymətlərinin yüksək olmasının əsas səbəbidir və sadə bir hərbi əməliyyatdır.

Bunu etmək onlar üçün çox asandır və risk demək olar ki, yoxdur. Qorxaqlar, biz bunu yaddan çıxarmayacağıq!”, - deyə o paylaşımda qeyd edib.

Bizə qoşulun