Medianews.az
Tramp 2025-ci ildə rekord gəlir
94 baxış

Tramp 2025-ci ildə rekord gəlir əldə etdi

ABŞ Prezidenti Donald Trampın sərvətinin 2025-ci il ərzində artımı sözügedən ölkənin liderləri üçün analoqu olmayan göstəricidir.

Medianews.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin məqaləsində bildirilir ki, ABŞ-nin heç bir sabiq rəhbəri prezidentlik postunda olarkən Donald Trampın bu həftə bəyan etdiyi qədər qazanc əldə etməyib.

"Dövlət başçısının ən son maliyyə hesabatına görə, kriptovalyuta və əlaqədar layihələrə yatırılan sərmayələr sayəsində onun gəlirləri ötən il kəskin artaraq 2.2 milyard dollardan çox olub", - deyə qəzet qeyd edir.

Dövlət başçısının maliyyə bəyannaməsi iyunun 30-da ictimaiyyətə açıqlanıb. ABŞ lideri 2025-ci ildə təqribən 2.2 milyard dollar, eləcə də rəqəmsal valyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanc əldə edib.

O cümlədən, rəhbərliyində oğulları Erik Tramp və kiçik Donald Trampın təmsil olunduğu "World Liberty Financial" şirkətinin kriptovalyuta satışları ona təxminən 500 milyon dollar gətirib. Bundan əlavə, Ağ Ev rəhbərinə $TRUMP rəqəmsal valyutasının satışından komissiya şəklində 600 milyon dollara yaxın vəsait daxil olub.

ABŞ liderinin 2025-ci il üzrə sənədlərində onun ümumi sərvətinin 2.4 milyard dolları ötdüyü əksini tapıb. Lakin qəzet vurğulayır ki, maliyyə hesabatlılığı qaydaları nəzərə alındıqda ona məxsus mülkiyyət və aktivlərin real dəyəri daha böyükdür.

Nüfuzlu "Forbes" nəşrinin hesablamalarına əsasən, 2026-cı ilin mart ayında Trampın aktivlərinin ümumi dəyəri 6.5 milyard dollar civarında olub.

Jurnalistlərin sorğusunu cavablandıran mütəxəssislər bildiriblər ki, dövlət başçısının kriptovalyuta sektorundan gəlir əldə etməsi ehtimal olunan maraqlar toqquşmasına işarə edə bilər. Ekspertlər xatırladıblar ki, hazırkı Vaşinqton Administrasiyası rəqəmsal valyuta bazarının tənzimlənməsi məsələlərində yaxından iştirak edir.

Donald Trampın əvvəlki illərdə təqdim etdiyi maliyyə sənədlərindəki rəqəmlərə əsasən, o, 2019-cu ildə minimum 440 milyon dollar, ikinci prezidentlik müddətindən öncə, yəni 2024-cü ildə isə təqribən 600 milyon dollar məbləğində qazanc əldə etmişdi./Oxu.az

Bizə qoşulun