Medianews.az
Toni Kroos səssizliyi pozdu:
94 baxış

Toni Kroos səssizliyi pozdu: "Dünya səviyyəli bircə oyunçumuz da yoxdur!"

Almaniya futbolunun əfsanəvi simalarından olan Toni Kroos, millisinin DÇ-2026-da pley-offun ilk mərhələsindəcə turnirlə vidalaşmasına münasibət bildirib.

Medianews.az xəbər verir ki, sabiq yarımmüdafiəçi Almaniya millisinin hazırkı heyətində böyük ulduzların çatışmadığını vurğulayıb: “Hazırda heyətimizdə dünya səviyyəli bircə oyunçu belə yoxdur. Bəli, potensialı olan futbolçularımız var, lakin bu, onların artıq yüksək səviyyədə olması demək deyil. Dünya səviyyəli oyunçular Dünya Çempionatında oyunun taleyini təkbaşına həll edir və bombardirlər siyahısına başçılıq edirlər”.

Xatırladaq ki, Yulian Naqelsmannın baş məşqçilik etdiyi Almaniya millisi DÇ-2026-nın 1/16 finalında Paraqvaya uduzaraq turniri vaxtından əvvəl tərk edib.

Toni Kroos özü isə peşəkar karyerasını 2024-cü ildə başa vurub.

Medianews.az

Bizə qoşulun