Medianews.az
Tolik canlı yayımda vidalaşdı -
145 baxış

Tolik canlı yayımda vidalaşdı - VİDEO

Bir neçə gündür qalmaqalla gündəmə gələn aparıcı Tarix Əliyev (Tolik) canlı yayımda tamaşaçılarla sağollaşıb.

“Qafqazinfo” xəbər verir ki, aparıcı “Tarixin bir günü” verilişinin bugünkü buraxılışında öz ərizəsi ilə işdən ayrıldığını açıqlayıb.

“Aparıcılıqdan getmək haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım daha rahat oldu. Əsəblərimə hakim olmamağım, qarşı tərəfin sözlərinə emosional fikir bildirməyim böyük bir kanalın uğuruna ləkə sala bilməz. Bu, bir son deyil, özümə verdiyim cəzadır. Yalan məlumatlara qətiyyən inanmayın. Mən, Əliyev Tarix bu gün canlı-canlı sizinlə sağollaşıram. Amma verilişimi heç kimə təhvil vermirəm. Space TV-də musiqi departamentinin rəhbərliyi vəzifəsinə də gəlməmişəm”, o  bildirib.

Tolik bir ildən artıqdır ki, Space TV-də sözügedən verilişi apardığını və proqramda qanun pozuntusu olmadığını deyib: “Düşünürəm ki, həyatda itirəcəyim bir şey var, o da övladımdır. Space TV-nin bütün uğurlarına kənardan da olsa həmişə sevinəcəyəm”.

Qeyd edək ki, müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. Onlar sosial şəbəkə hesablarında paylaşım edərək bir-biriləri haqqında təhqiramiz ifadələr səsləndiriblər. Bütün bunlar geniş müzakirələrə səbəb olub. Daha sonra yayılan məlumata görə isə, Tolikin Space TV-də ekrana çıxan “Tarixin bir günü” proqramı bağlanıb. Lakin növbəti günlər verilişin yayımı davam edib.

Bizə qoşulun