Medianews.az
Ticarət mərkəzində güclü yanğın: ölən və yaralananlar var -
127 baxış

Ticarət mərkəzində güclü yanğın: ölən və yaralananlar var - VİDEO

Meksikanın Sinaloa ştatının Los-Moçis şəhərində yerləşən “Plaza Fiesta Las Palmas” ticarət mərkəzində baş verən yanğın faciəyə səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumata görə, səbəbi hələ müəyyənləşdirilməyən yanğın qısa müddətdə bütün binaya yayılıb.

Əraziyə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının böyük hissəsinin nəzarətə götürüldüyü bildirilsə də, axtarış-xilasetmə işləri davam edir.

 Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların sıx tüstü və alov içərisindən təşviş içində qaçdığı əks olunub.

Medianews.az

Bizə qoşulun