Dünyaca məşhur “The Osmonds” musiqi qrupunun qurucularından və ən yaşlı üzvü Alan Osmond 76 yaşında vəfat edib.
Medianews.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Məlumata görə, sənətçi ABŞ-nin Yuta ştatında dünyasını dəyişib və son anlarında ailəsi yanında olub.
Təxminən 40 il əvvəl dağınıq skleroz (MS) diaqnozu qoyulan Alan Osmond uzun müddət səhnədən uzaq qalıb.
Onun qardaşı və qrup üzvü Merrill Osmond sosial şəbəkədə paylaşım edərək Alanla ölümündən iki gün əvvəl görüşdüyünü bildirib. O, qardaşının ona musiqi irsini davam etdirməyi və yaradıcılıqlarını yaşatmağı vəsiyyət etdiyini qeyd edib.
Alan Osmond 1970-ci illərdə qardaşları ilə birlikdə yaratdığı və rəhbəri olduğu “The Osmonds” qrupu ilə dünya şöhrəti qazanmışdı.
Medianews.az