Medianews.az
Təmkin Xəlilzadə
103 baxış

Təmkin Xəlilzadə Türkiyə klubunda

Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirəcək.

Medianews.az xəbər verir ki, təcrübəli futbolçu Türkiyənin “Volves” komandası ilə müqavilə imzalayıb. Bu barədə klubun baş məşçisi Yağız Sabuncuoğlu məlumat yayıb.

32 yaşlı futbolçu yeni klubunda artıq məşqlərə qoşulub. Müqavilənin detalları və müddəti barədə isə hələlik rəsmi açıqlama verilməyib.

Müxtəlif illərdə “Qarabağ”, “Zirə”, “Qəbələ”, AZAL və “Sabah” kimi klubların formasını geyinən Təmkin Xəlilzadə Azərbaycan milli komandasında 17 oyunda meydana çıxıb və 3 qol vurub. Son illərdə daha çox minifutbolda çıxış edən Təmkin 2025-ci ildə ilin ən yaxşı minifutbolçusu seçilmişdi.

Qeyd edək ki, “Volves” həvəskar futbol və futzal liqalarında yarışan komandadır.//Teleqraf 

Bizə qoşulun