Medianews.az
Təhsil sistemində SOS:
147 baxış

Təhsil sistemində SOS: Uşaqlar məktəbdən niyə bezir?

Cəmiyyətdə tez-tez deyilən bir fikir var ki, uşaqlar məktəbi sevmir və ora sanki məcburiyyətlə gedirlər. Bu yanaşma çox vaxt indiki təhsil sisteminin ağırlığı və uşaqlara psixoloji basqının artması ilə əlaqələndirilir. Valideynlərin və müəllimlərin yüksək gözləntiləri də uşaqların məktəbi mənfi qəbul etməsinə səbəb ola bilir. Bəs uşaqların məktəbi sevməsi üçün təhsil sistemində hansı dəyişikliklər edilməlidir?

Bu barədə Medianews.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, indiki şagirdlərin məktəbə getməsi və yaxud da məktəbdə dərslərə qarşı biganə yanaşmları mövcuddur.

“Təbii ki, bu şagirdlərin dərslərə qarşı məsuliyyətsizliyinin səbəbləri də bəzi hallarda ev tapşırıqlarının çox olması və ya dərs yükünün artması ola bilər. Bunu aradan qaldırmaq üçün ümumiyyətlə, bəzi dövrlərdə ev tapşırıqları ya ləğv edilsin, ya da minimuma endirilsin. Bəzi hallarda həm valideynlərin, həm də müəllimlərin uşaqlardan həddindən artıq gözləntiləri onların mənfi nəticə əldə etməsinə, təhsil prosesindən uzaqlaşmasına səbəb olur.

Şagirdlərin məktəbi sevməsi üçün, əlbəttə ki, biz daha fərqli yanaşmalardan istifadə etməliyik. Çalışmalıyıq ki, şagirdlərin bilik və bacarıqlarının formalaşması üçün dərslər daha interaktiv və maraqlı keçsin, onlar dərslərə motivasiya ilə yanaşsınlar. Bacardığımız qədər ev tapşırıqlarından yan keçməliyik. Çünki ev tapşırıqları nə qədər verilirsə şagirdlər təhsildən yayınırlar. O nöqteyi nəzərdən də çalışıb ev tapşırıqlarını minumallaşdırmalıyıq. Belə olan halda, əlbəttə ki, şagirdlərin məsuliyyəti və dərslərə marağı da artacaq”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun