Medianews.az
Tehranda nümayiş zamanı partlayış baş verib -
118 baxış

Tehranda nümayiş zamanı partlayış baş verib - FOTO/VİDEO

İranın paytaxtının mərkəzində, Tehran Universitetinin yaxınlığında yerləşən Ferdousi meydanında güclü partlayış baş verib.

Bu barədə İran Dövlət Televiziyası məlumat verib.

Məlumata görə, meydan Qüds Günü (Fələstinə dəstək üçün etiraz aksiyası) ilə bağlı keçirilən etiraz mitinqlərinin iştirakçıları ilə dolu olub.

Partlayışın səbəbi məlum deyil, İran hakimiyyət orqanları ölən və ya xəsarət alanlar barədə hələ məlumat verməyib.

Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib, partlayışın səbəbi və mənbəyi araşdırılır.

Qüds Günü şərəfinə keçirilən etiraz yürüşlərinin iştirakçıları arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin də olduğu bildirilir./oxu.az

Tehranda nümayiş zamanı partlayış baş verib - FOTO/VİDEO

Bizə qoşulun