Tehranda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Tərəflər görüş zamanı regional vəziyyəti müzakirə edib və sülhün bərqərar olması və sabitlik istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıblar.
Bununla yanaşı, Pezeşkian Paşinyanı iyunda keçirilən parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Xatırladaq ki, N.Paşinyan İranın mərhum Ali Lideri Seyid Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün bu gün Tehrana səfər edib./“Qafqazinfo”

