Kahramanmaraşda baş verən məktəb hücumundan sonra hadisə yerində çalışan 112 təcili yardım əməkdaşının paylaşdığı video müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, növbəsinin sonunda göz yaşları içində çəkilmiş görüntüləri yayımlayan səhiyyə işçisi sosial mediada həm dəstək, həm də tənqidlərlə qarşılaşıb.
Bəzi istifadəçilər onu “şou göstərməkdə” ittiham ediblər.
Tənqidlərə cavab verən əməkdaş paylaşımının məqsədinin hadisənin psixoloji təsirini göstərmək və insanlara dəstək olmaq olduğunu bildirib.
Hadisədən sonra Türkiyə Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. İşçinin özünü sosial mediada “kontent yaradıcısı” kimi təqdim etməsi isə reaksiyaları daha da artırıb.
Baş verənlər dövlət işçilərinin sosial mediadan istifadəsi və etik sərhədlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Medianews.az