Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini rəsmən elan edib.
Medianews.az xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi" Partiyası 49,7456 % səslə liderlik edir.
Siyahıda "Güclü Ermənistan" 23,2710 % səslə ikinci, "Ermənistan Alyansı" isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. "Çiçəklənən Ermənistan" Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4 % həddini keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.
Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası hökuməti təkbaşına formalaşdıracaq.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. bülletenlərin 100 %-i sayılmasına əсахən, "Vətəndaş müqaviləsi" Partiyası səslərin 49,83 %-ni toplayıb.
14.06.2026, 19:14
139
baxış
Musfiga
TƏCİLİ! Ermənistanda seçkilərin yekun nəticəsi AÇIQLANDI
Paylaş: