Medianews.az
Tbilisidə bank binasında güclü
97 baxış

Tbilisidə bank binasında güclü yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisidə "Liberty Bank"ın binasında güclü yanğın baş verib.

Medianews.az bu barədə "Report"a istinadən xəbər verir.

Məlumata görə, yanğın lift şaxtasında başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar, xəsarət alan yoxdur.

"Liberty Bank"ın baş direktoru Beka Qoqiçaişvilinin sözlərinə görə, yanğın ofis otaqlarına zərər vurmayıb.

Bizə qoşulun