Türkiyəli jurnalist Cüneyt Özdemir istirahət üçün getdiyi Meksikada silahlı qarşıdurma səbəbindən oteldə qaldığını açıqlayıb.
Medianews.az-ın məlumata görə, ölkənin ən iri narkokartellərindən sayılan Jalisco New Generation Cartel (CJNG) qruplaşmasının lideri “El Menço” ləqəbli Nemesio Oseqera Servantesə qarşı əməliyyat keçirilib və onun öldürüldüyü iddia olunub.
Bundan sonra ordu ilə kartel üzvləri arasında silahlı toqquşmalar başlayıb.
Qarşıdurmalar fonunda bəzi bölgələrdə barrikadalar qurulub, avtomobillər yandırılıb, hava limanına gedən yol bağlanıb. Əhaliyə vəziyyət sabitləşənədək evdə qalmaq çağırışı edilib.
cüneyt Özdemir sosial şəbəkə hesabında paylaşım edərək üç günlük tətil üçün gəldiklərini və hadisələr səbəbindən oteldən çıxa bilmədiklərini bildirib. O, Türkiyənin Meksikadakı səfirliyi ilə əlaqə saxladıqlarını da qeyd edib.
Medianews.az
