Medianews.az
Şüur oyaq, bədən hərəkətsiz:
76 baxış

Şüur oyaq, bədən hərəkətsiz: yuxu iflicinin səbəbləri

Yuxu mütəxəssisi Tom Koulman yuxu iflicinin səbəblərini açıqlayıb.

Medianews.az xəbər verir ki, ekspertin sözlərinə görə, yuxu iflici zamanı şüur yerində qalır, lakin bədən hissiyyatı itir.

Koulman izah edib ki, bu proses sürətli göz hərəkəti (REM) yuxusunun xüsusiyyətləri ilə bağlıdır. Bu mərhələdə beyin oyaq olur, əzələlər isə tam rahatlaşır. Bəzən bu mexanizm pozulur: beyin oyanır, bədən isə hərəkət edə bilmir, nəticədə iflic hissi yaranır.

Koulman əlavə edib ki, yuxu iflici zamanı sinədə təzyiq, görmə və eşitmə halüsinasiyaları da hiss edilə bilər. Daha çox qeyri-müntəzəm yuxu rejimi, stress və yorğunluq olan insanlarda müşahidə olunur. Problemin qarşısını almaq üçün Koulman yuxu rejiminə riayət etməyi, stressi idarə etməyi və sağlam həyat tərzi sürməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun