Medianews.az
Sürücüyə hücum edib avtobusu qaçıran şəxs qəzada öldü -
101 baxış

Sürücüyə hücum edib avtobusu qaçıran şəxs qəzada öldü - VİDEO

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda film səhnələrini xatırladan hadisə yaşanıb.

Medianews.az xəbər verir ki, Silifke-Taşucu marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusunda olan şəxs qəfil sürücüyə hücum edib.

Hadisə zamanı nəqliyyat vasitəsində 12 sərnişin olub. Sürücü avtomobili təhlükəsiz şəkildə saxlayaraq sərnişinlərin təxliyəsinə nail olub.

Daha sonra hücumçu sürücü yerinə keçərək mikroavtobusu qaçırıb. O, hadisə yerindən uzaqlaşarkən bir neçə nəqliyyat vasitəsinə çırpılıb. Təxminən 4 kilometr hərəkət etdikdən sonra idarəetməni itirən şəxs yol kənarındakı zeytun bağına düşərək qəzaya uğrayıb.

Hadisə yerinə cəlb olunan təcili yardım hücumçunun qəza nəticəsində həyatını itirdiyini müəyyən edib. Mikroavtobusdan qaçmağa çalışan sərnişinlərdən bir qadının isə yüngül xəsarət aldığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun