Medianews.az
Sürücünün manevri faciənin qarşısını aldı –
79 baxış

Sürücünün manevri faciənin qarşısını aldı – ANBAAN VİDEO

Rusiyada sürücünün manevri son anda faciənin qarşısını alıb. 

Medianews.az xəbər verir ki, hadisə aprelin 19-da, Petrozavodsk şəhərində baş verib.

Kadrlarda görünür ki, ağ rəngli minik avtomobili prospektlə hərəkət edərkən, qırmızı işıqda digər maşın kəsişməyə daxil olur. Ağ avtomobilin sürücüsü toqquşmadan yayınmağa nail olsa da, idarəni itirərək piyada yoluna çıxıb. Xoşbəxtlikdən həmin anda orada piyada olmayıb.

Sürücü sonradan sosial şəbəkədə yazıb ki, hadisə zamanı sürəti 78 km/saat olub.

Medianews.az

Bizə qoşulun