Suriya Prezidenti Əhməd əş-Şaraa Suriya hökuməti ilə YPG terror təşkilatı arasında tam inteqrasiyanı nəzərdə tutan bir razılaşmanın imzalandığını açıqlayıb.
Oxu.Az bu barədə TRT-yə istinadən xəbər verir.
Prezident bildirib ki, Suriya vahid bir dövlətdir və xüsusi statusa malik ərazilərdə təhlükəsizlik artırılacaq.
"Ərəb qəbilələrimizi sakit olmağa və razılaşmanın müddəalarının həyata keçirilməsinə icazə verməyə dəvət edirik. Dövlət qurumları YPG tərəfindən işğal edilən şərq və şimal-şərqdəki üç əyalətə daxil olacaq", - əş-Şaraa bəyan edib.