Süni intellekt proqramları ilə hazırlanan videoların ən xoş cəhətlərindən biri nostalji hissləri oyatmaq bacarığıdır.
Medianews.az saytının təqdim etdiyi video sosial medianın rusdilli seqmentində paylaşılıb. Amma bu video uşaqlığı sovet dövrünə düşmüş azərbaycanlılar üçün də doğmadır.
1966-cı ildə “Min bir gecə” nağıllarının motivləri əsasında həm komediya, həm fantastika janrında çəkilmiş “Ələddinin sehrli çırağı” bədii filmi təkcə ötən əsrin altmışıncı illərində deyil, sonrakı onilliklərdə də uşaqların sevimli filmlərindən olub.
“Ələddinin sehrli çırağı”nı azərbaycanlılar, tək azərbaycanlı uşaqlar yox, elə böyüklər üçün də doğmalaşdıran məqamlardan biri, heç şübhəsiz, görkəmli aktyorumuz Hüseynağa Sadıqovun filmdə baş vəzir rolunu oynamasıdır.
Təqdim etdiyimiz videoda “Ələddinin sehrli çırağı”ndakı rolları ilə birgə canlandırılan ölməz sənətkarlar arasında Hüseynağa Sadıqovun da nurlu simasını görəcəksiniz.
Doğrusu, süni intellekt də elə sehrli çıraq kimi bir şeydir...
View this post on Instagram