Medianews.az
Süni intellekt çatbotları İran müharibəsində nüvə riski barədə nə deyir?
89 baxış

Süni intellekt çatbotları İran müharibəsində nüvə riski barədə nə deyir?

İrana qarşı aparılan müharibədə nüvə silahından istifadə riski nə dərəcədədir?

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Medianews.az-a açıqlamasında deyib ki, fevralın 28-dən İsrail və ABŞ İrana qarşı müharibəyə başlayandan bəri vaxtaşırı süni intellekt çatbotlarına bu barədə sual verir.

Onun sözlərinə görə, müharibənin ilk günlərində süni intellekt çatbotlarının cavabları kifayət qədər konkret və anlaşılan idi: “ehtimal çox azdır”, “risk çox aşağıdır”, “hazırda real müzakirə mövzusu deyil” və sair.

Amma O.Gündüz bildirir ki, son zamanlar çatbotların cavabları dəyişib: “İndi daha mücərrəd, ehtiyatlı və “tam mümkün deyil demək doğru olmaz” tipli qeyri-müəyyən cavablar üstünlük təşkil edir. Yəni müharibə ilə bağlı dəyişən vəziyyət və toplanan yeni data çatbotların cavablarına da təsir edib”.

O.Gündüz hesab edir ki, müharibə aparan tərəflər arasında ultimatumlar sərtləşdikcə nüvə silahından istifadə riski də artır.

Medianews.az

Bizə qoşulun