Diyetoloq Sofiya Kovanova bildirib ki, həddindən artıq “Coca-Cola” içmək sümük sağlamlığına zərər verə bilər.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, gündə 200 millilitr “Coca-Cola” nisbətən təhlükəsiz sayılır.
Mütəxəssis qeyd edib, bu miqdarın mütəmadi olaraq çoxalması sümük toxumasının zəifləməsinə və sümük-oynaq xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Buna səbəb isə “Coca-Cola” tərkibində olan fosfor turşusu və kofeinin kalsium itkisini sürətləndirməsidir.
Kovanova əlavə edib ki, şəkərli qazlı içkilər piylənmə və diabeti olan şəxslər üçün tövsiyə edilmir. Onun sözlərinə görə, “Coca-Cola” nadir hallarda — məsələn, qan şəkəri kəskin düşdükdə — faydalı ola bilər, lakin susuzluğu bu içki ilə yatırmaq və onu daim qəbul etmək düzgün deyil.
Medianews.az