Medianews.az
Sumqayıtda yaşayış binasında
110 baxış

Sumqayıtda yaşayış binasında PARTLAYIŞ

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Medianews.az xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir. (report)

Bizə qoşulun