Medianews.az
Sumqayıtda evdə partlayış olub:
105 baxış

Sumqayıtda evdə partlayış olub: yaralılar var

Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.

Medianews.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.

Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun