Medianews.az
Sumqayıtda dəm qazından zəhərlənən ALTI UŞAQ YENİDƏN
55 baxış

Sumqayıtda dəm qazından zəhərlənən ALTI UŞAQ YENİDƏN xəstəxanaya yerləşdirildi

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdiriliblər.

Medianews.az bildiri ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 3-də saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hospitalizasiya olunub:

"Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən beş nəfər Yoluxucu xəstəliklər şöbəsinə, bir nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların müalicələri davam etdirilir, beş nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".

Qeyd edək ki, ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bir ailənin altı uşağı dəm qazından zəhərlənmişdi. Uşaqlar (dörd kişi, iki qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hosptalizasiya olunmuşdular. Onlar vəziyyətləri stabilləşdiyi üçün axşam saatlarında evə buraxılmışdılar./oxu.az

Bizə qoşulun