Medianews.az
Sülh Şurasından Azərbaycanla bağlı paylaşım -
90 baxış

Sülh Şurasından Azərbaycanla bağlı paylaşım - FOTO

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təsis edilən Sülh Şurası Azərbaycanı qurumun təsisçi üzvlərindən biri olaraq salamlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat təşkilatın “X” sosial platformasında paylaşdığı rəsmi açıqlamada yer alıb.

“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, - paylaşımda deyilir.

Qeyd edək ki, yanvarın 22-də Davos şəhərində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi baş tutub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bizə qoşulun